Qazaxıstanın Atırau vilayətindəki Tengiz neft və qaz yatağında yanğın baş verib.


Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.






Məlumata görə, yanğın Üçüncü Nəsil Zavodunun 52-ci bölməsində, GTG-1 və GTG-2 qaz turbin generatorları arasındakı transformator ərazisində qeydə alınıb.


İlkin məlumata görə, xəsarət alan olmayıb. Bütün işçilər təxliyə edilib.


 


(Axar.az)