Portuqaliyanın materik hissəsində prezident seçkisində səsvermə başa çatıb.


Moderator.az TASS-a istinadən xəbər verir ki, ən yüksək dövlət vəzifəsi uğrunda rekord sayda - 11 namizəd (10 kişi və bir qadın) mübarizə aparır.






İlkin nəticələrin gecə saatlarında açıqlanması gözlənilir.


Əgər heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilməsə, ölkə fevralın 8-də təkrar seçkiyə gedəcək.


Hazırkı Prezident Marselo Rebelo de Souza 2016-cı ildə vəzifəyə gəlib və 2021-ci ildə yenidən seçilib. Yerli qanunvericilik ardıcıl iki müddətdən artıq seçilməyi qadağan edir.