Şiddətli geomaqnit qasırğasının baş verməsi ehtimalı var.


Moderator.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.






Bildirilib ki, yanvarın 18-də Günəşdə qeydə alınan alışma nəticəsində yaranmış tac kütlə atılmalarının 20 yanvarda Yer kürəsinə çatacağı gözlənilir.


Bununla əlaqədar olaraq güclü geomaqnit qasırğası əmələ gələcəyi ehtimal edilir.