Seneqal Prezidenti Bassiru Diomay Fay futbol üzrə milli komandanın Afrika Millətlər Kubokunun finalında Mərakeş üzərində qələbəsindən sonra ölkədə qeyri-iş günü elan edib.


Moderator.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.






Dövlət başçısı xalqa müraciət edərək 19 yanvar tarixini rəsmi bayram günü və əməkhaqqı saxlanılmaqla qeyri-iş günü elan etdiyini açıqlayıb.