Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib.


Moderator.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə alınıb.






Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında qalıb.


Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. M. Yiğitin cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.