ABŞ Prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib.
 




Moderator.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan deyib.
 
O bildirib ki, N.Paşinyan dəvəti qəbul edib.
 
Mətbuat katibinin sözlərinə görə, Ermənistan bununla münaqişələrin sülh yolu nizamlanmasına sadiqliyini bir daha təsdiqləyir.
 
Yanvarın 16-da D.Tramp Qəzza Sülh Şurasının yaradıldığını elan edib. Bu, beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə yanaşı, Qəzza üçün sülh planının bir hissəsidir.