Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq qətnaməsi bu həftə Strasburqda keçirilən Avropa Parlamentinin (AP) plenar iclasında lazımi sayda səs toplaya bilməyib.


Bu barədə Moderator.az TASS-a istinadən xəbər verir.






Səsvermə parlamentin veb-saytında canlı yayımlanıb.


Məlumata görə, Avropa Parlamentinin 165 üzvü təşəbbüsün lehinə, 390 nəfər əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb.