"Bütün maraqlı tərəflər Ukrayna münaqişəsinin həllinə çalışırlar".


Moderator.az TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində Volodimir Zelenski ilə görüşündən sonra belə deyib.






"Hər kəs müharibənin bitməsini istəyir", - deyə o, jurnalistlərlə qısa söhbətində bildirib.


D.Tramp, həmçinin V.Zelenski ilə hazırkı təmasının çox yaxşı keçdiyini vurğulayıb.


"Bu, davam edən bir prosesdir", - ABŞ prezidenti Ukraynadakı münaqişənin aradan qaldırılmasına yönəlmiş diplomatik səylər barədə danışarkən deyib.