Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsində ölkə ordusuna məxsus hərbi avtomobil 120 metr dərinlikli dərəyə aşıb.


Bu barədə Moderator.az Hindistan KİV-ə istinadən xəbər verir.






 



 


Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsində ölkə ordusuna məxsus hərbi avtomobil 120 metr dərinlikli dərəyə aşıb.


Bu barədə Oxu.Az Hindistan KİV-ə istinadən xəbər verir.


Hadisə nəticəsində maşında 21 əsgərdən 10-u ölüb, 11-i yaralanıb. Yaralılar helikopterlə təxliyə edilib və xəstəxanaya çatdırılıblar.


Ordu nümayəndəsinin sözlərinə görə, avtomobilin sürücüsü Bhadervah-Çamba ştatlararası magistral yolunda Hanni Top aşırımı yaxınlığında idarəetməni itirib, nəticədə dəhşətli qəza baş verib.