İranın cənubunda 5.1 bal gücündə zəlzələ baş verib.


Moderator.az-ın xəbərinə görə, bu barədə adıçəkilən ölkənin Milli Meteorologiya Mərkəzinin Seysmik Şəbəkəsi məlumat yayıb.






Xəbərə görə, zəlzələ yerli vaxtla 15:18-də qeydə alınıb və 10 km dərinlikdə yerləşib.


Episentrə yaxın bəzi insanların zəlzələni hiss etdiyi bildirilir.