Almaniyanın "Scorpions" rok qrupunun keçmiş gitaraçısı Frensis Buxholts vəfat edib.


Moderator.az bildirir ki, bu barədə "The Sun" nəşri musiqiçinin həyat yoldaşının sosial şəbəkə hesablarına istinadən xəbər verir.






Buxholts yanvarın 22-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun 71 yaşı var idi.


O, 1965-ci ildə Hannoverdə əsası qoyulmuş "Scorpions" qrupunun 1973-cü ildən 1992-ci ilə qədər gitaraçısı olub. Qrupun 19 studiya albomundan 10-u məhz Buxholtsun iştirakı ilə yazılıb.