Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru Ufuk Özkan üçün donor tapılıb.


Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qardaşı Umut Özkanın açıqlamasında deyilir.






Bildirilir ki, Ufuk Özkanın daha əvvəl birlikdə çalışdığı quruluşçu operator Salih Kıvırcık donor olub.


Xatırladaq ki, 2023-cü ildə 50 yaşlı aktyora qaraciyər sirrozu diaqnozu qoyulub.