Rusiyanın Saxalin bölgəsi üzərində səmada iki Günəş görünüb. Saxalin sakinləri nadir optik halın şahidi olublar.


Bu barədə Moderator.az Sakhalin-News.ru nəşrinə istinadən xəbər verir.






Məlumata görə, bu, altıbucaqlı, prizmatik formalı buz kristallarında işığın sınması nəticəsində yaranan parheliondur (saxta, yalançı Günəş - red.). Onlar yer səthindən 6-10 kilometr yüksəklikdə sirius buludlarında (buz dumanı - red.) əmələ gəlir.


 


(oxu.az)