Suriya Daxili Təhlükəsizlik Qüvvələri ölkənin şimal-şərqində kürdlərin ən şox məskunlaşdığı şəhərlər olan Haseke və Qamışlıda yerləşdiriləcək.


Moderator.az xəbər verir ki, bu barədə “Ll-Ikhbariya” telekanalı məlumat yayıb.








Bu məlumat Suriya prezidenti Əhməd əş-Şaraa ilə Suriya Demokratik Qüvvələrinin (SDF) komandiri Məzlum Abdi arasında Dəməşqdə aparılan danışıqlardan sonra elan edilib.


Kanalın məlumatına görə, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və SDQ qüvvələrinin Suriyanın şimal-şərqindəki şəhərlərdən çıxarılması barədə razılığa gəliblər.