Rusiya ordusunun Suriyadakı mövcudluğu mövzusu Rusiya Prezidenti Vladimir Putin və Suriyanın keçid hökumətinin rəhbəri Əhməd əş-Şaraa arasında bu gün keçiriləcək danışıqlarda qaldırılacaq.


Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.






"Şübhəsiz ki, Suriyada hərbçilərimizin mövcudluğu ilə bağlı bütün məsələlər bugünkü danışıqlar zamanı müzakirə olunacaq", - deyə Kreml rəsmisi bildirib.


Qeyd edək ki, Suriya lideri Rusiyada səfərdədir.