İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının Səhiyyə Nazirliyinin müharibə zamanı 71 000-dən çox fələstinlinin həlak olması barədə qiymətləndirməsi ilə razılaşıb.


Moderator.az bu barədə İsrailin "Haaretz" qəzetinə istinadən xəbər verir.






Fələstinin HƏMAS qruplaşmasının nəzarəti altında olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-də müharibə başlayandan bəri SAXAL-ın atəşləri nəticəsində 71 667 Qəzza sakini həlak olub.


Bu qurbanların sayına itkin düşənlər, yaxud aclıq və ya xəstəliklərdən vəfat edənlər daxil deyil.


SAXAL-ın məlumatına görə, hazırda həlak olanların neçəsinin döyüşçü, neçəsinin isə mülki şəxs olduğunu müəyyən etmək üçün məlumatların təhlili aparılır.