“ABŞ HƏMAS hərəkatının silahları yerə qoymasını gözləyir”.


Moderator.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin Ağ Evdə keçirilən iclasında deyib.








"İndi isə HƏMAS-ın silahlarını yerə qoymasını istəyirik, elə deyilmi? İnsanların çoxu onların heç vaxt silahı yerə qoymayacaqlarını deyirdi. Görünür, onlar silahı yerə qoyacaqlar", - Tramp bildirib.


Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında İsrail və HƏMASMisir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəlib. Növbəti gün isə Qəzza zolağında atəşkəs qüvvəyə minib.