"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital qruplaşmasını tamamlamaq üçün 25 ədəd mini peykdən ibarət növbəti partiyanı orbitə çıxarıb.


Moderator.az-ın məlumatına görə, bu barədə "SpaceX" məlumat yayıb.






"25 "Starlink" peykinin orbitə çıxarılması təsdiqlənib", - deyə məlumatda bildirilib. Bu, ilin əvvəlindən bəri "Starlink" aparatlarının artıq 11-ci buraxılışıdır.


Raketin buraxılışı şənbə günü Sakit okean sahili vaxtı ilə saat 12:58-də (Bakı vaxtı ilə 00:58-də) ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasının "SLC-4E" start meydançasından həyata keçirilib. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə daxil olublar.


Buraxılış çərçivəsində daşıyıcı raketin 13-cü dəfə istifadə olunan birinci çox istifadəli pilləsi Sakit okeandakı "Of Course I Still Love You" dəniz platformasına idarə olunan şaquli eniş edib.