İsrail Müdafiə Qüvvələri (IDF) İranda həyata keçirilən aviareydlərin görüntüsünü yayıb.


Moderator.az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.






Görüntülərin birində İsrail hava qüvvələrinin endirdiyi zərbə nəticəsində İranın hava hücumlarından müdafiə qüvvələrinə aid zenit-raket kompleksinin məhv edildiyini görmək olur.


Digər videoda isə İran ordusuna aid Rusiya istehsalı olan "Mi-17" helikopteri hədəfə alınır.