Çin-Nepal sərhədində (Tibet Muxtar Vilayətində) güclü torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb, 519 nəfər isə itkin düşmüş hesab olunur.
Moderator.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Çin hakimiyyəti məlumat yayıb.
Nepal tərəfinin son məlumatlarına görə, təbii fəlakət qurbanlarının ümumi sayı 1,3 min nəfəri keçib, 4,8 mindən çox insan isə hələ də tapılmayıb.
Axtarış-xilasetmə işləri davam edir.