Moderator.az bu barədə "Azad İran" Telegram kanalına istinadən xəbər verir.
Qərar İranın Virtual Məkanın Tənzimlənməsi və İdarə Olunması üzrə Xüsusi Qərargahının iclasında bütün üzvlərin razılığı ilə qəbul edilib.
Yeni qərara əsasən, dövlət qurumlarına xarici platformalarda rəsmi hesablar və kanallar vasitəsilə fəaliyyət göstərməyə icazə verilir.
İran rəsmilərinin sözlərinə görə, bu məhdudiyyət bir neçə il əvvəl tətbiq edilib və dövlət qurumlarının əhalinin geniş istifadə etdiyi beynəlxalq platformalarda birbaşa məlumat yaymasına mane olub.