Xalq artisti Aleksandr Şarovski vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı rejissor Mehriban Ələkbərzadə sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Aleksandr Şarovski Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakıda anadan olub.
1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb, 1976-cı ildən isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Aleksandr Şarovski 1993-cü ildən sözügedən teatrın baş rejissoru olub. 50-dən çox obraz yaradıb, 50-dən artıq tamaşaya quruluş verib. “Qorxma, mən səninləyəm”, “Lətifə”, “Hökmdarın taleyi” və digər filmlərdə rol alıb.
Aleksandr Şarovski 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
O, həmçinin Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü olub.