Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.
Moderator.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, incəsənət xadimləri və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edir.
Aleksandr Şarovski İkinci Fəxri xiyabanda dəfn olunacaq.