Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə APS ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
“Əlcəzair münasibətləri qoruyub saxlamaq üçün bütün vasitələr tükəndikdən sonra Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, - açıqlamada bildirilib.