İspaniya La Liqasının IX turunda "Espanyol" öz meydanında "Atletiko Madrid"i qəbul edib.


Moderator.az xəbər verir ki, qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.






Matçda vurulan yeganə qolun müəllifi 90-cı dəqiqədə fərqlənən "Atletiko Madrid"in hücumçusu Aleks Baena olub.


İspaniya çempionatında keçirdiyi doqquz oyundan sonra xallarının sayını 22-yə çatdıran Madrid təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səkkiz xalı olan "Espanyol" isə 14-cü yerdədir.