“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə heç-heçə başa çatan oyundan sonra matç haqda fikirlərini bölüşüb.


Moderator.az xəbər verir ki, Q.Qurbanov öncə hər iki komandanın azarkeşlərinə təşəkkür edib: "Çox maraqlı oyun oldu. Məncə, heç bir komanda məğlubiyyətə layiq deyildi. Futbolçular azarkeşləri sevindirdilər, onlara yaxşı futbol şousu təqdim etdilər. Hər iki komandanı təbrik edirəm".






Yeni transferlərin komandaya uyğunlaşma prosesindən danışan baş məşqçi deyib: "Çətinliklərimiz var, çatışmazlıqlarımız da az deyil. Yeni gələn futbolçularımızın, demək olar ki, hamısı müəyyən zədə problemləri yaşayıb. Bir qədər də vaxta ehtiyacımız var. Düşünürəm ki, belə oyunlar onların çempionatımıza daha tez uyğunlaşmasına kömək edəcək".