Rusiya Vyetnama ölkənin aviaşirkətlərinə məxsus təyyarələri ekipaj və texniki xidmətlə birlikdə Rusiya aviaşirkətlərinə “yaş icarə” əsasında təqdim etməyi təklif edib.
Moderator.az xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin deyib.
O bildirib ki, müvafiq təkliflər artıq Vyetnam tərəfinə göndərilib və hazırda nəzərdən keçirilir:
“Vyetnamla hava səyahətlərinin həcmi 2025-ci illə müqayisədə təxminən üç dəfə artıb. Vyetnam aviaşirkətlərinin təyyarələrinin cəlb edilməsi Rusiya aviaşirkətlərinə əməkdaşlığı genişləndirməyə və ölkələr arasında uçuşların sayını artırmağa imkan verəcək”.
Qeyd edək ki, “yaş icarə” (Wet Lease) bir aviaşirkətin digər aviaşirkətə təyyarəni ekipaj, texniki xidmət və sığorta ilə birlikdə icarəyə verməsidir.