Litva hökuməti konstitusiyadan nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın çıxarılması məsələsini nəzərdən keçirəcək.


Moderator.az LRT-yə istinadən xəbər verir ki, bu barədə respublika parlamentinin sədri Yuozas Olyakas bildirib.






"Konstitusiya qəbul ediləndə geostrateji vəziyyət tamamilə fərqli idi", - deyə o qeyd edib.


Olyakas hesab edir ki, Litva belə bir konstitusiya məhdudiyyəti ilə NATO kontekstində "ağ qarğa" kimi görünür.