İsrail ordusunun Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində HƏMAS-ın silahlı qanadının iki komandiri öldürülüb.


Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.






Bildirilib ki, onlardan biri HƏMAS-ın Xan Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuridir.


Qəzza sektorunun Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində keçirilən digər əməliyyat zamanı Muamən Cəbr əs-Seyid Əbu Ləbdə öldürülüb.