“2026–2027-ci tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon təhsilalan təhsilə başlayır”.
 




Moderator.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
 
O qeyd edib ki, onlardan 1,6 milyonu ümumi təhsil, 260 mini ali təhsil, 226 mini məktəbəqədər təhsil, 64 mini orta ixtisas və 44 mini peşə təhsili pilləsində təhsil alacaq.
 

Onun sözlərinə görə, cari tədris ilində 124 min şagird 1-ci sinifdə təhsilə başlayacaq.
 
Nazir əlavə edib ki, azad edilmiş ərazilərdə yeni tədris ilində daha 11 yeni məktəbəqədər təhsil müəssisəsi, həmçinin 4 yeni ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək.
 
E.Əmrullayev yeni tədris ili başlamazdan əvvəl 7 milyon nüsxədən çox dərsliyin çap olunaraq məktəblərə çatdırıldığını bildirib.