13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.


Bu barədə Moderator.az-a Müdafiə Naziriliyindən məlumat verilib.






Görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.