İranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə endirdiyi raket və dron zərbələrinin Vaşinqtonun gizlətməyə çalışdığı real miqyası ortaya çıxıb.  ABŞ-ın "CBS News" və Kanadanın "CBC News" telekanallarının yaydığı eksklüziv kəşfiyyat hesabatları və əsgərlərin gizli sızdırdığı yeni görüntülər ordunun ağır itkilər verdiyini sübut edir







Moderator.az adı çəkilən mənbələrə istinadla xəbər verir ki, hücumların ABŞ hərbi infrastrukturuna vurduğu ümumi ziyan 13 milyard dolları keçib.


Regionda xidmət edən və dağıntı fotolarını sızdıran amerikalı əsgərlərdən biri rəhbərliyə üsyan edib: "Biz orada gözübağlı dayanıb üzündən yumruq yeyən boksçuyuq. Bazalarımızın yox edilməsini sadəcə izləyirik".


Məhv edilən hərbi aktivlər və canlı qüvvə itkisi:



60-a yaxın təyyarə və helikopter, həmçinin hər birinin dəyəri 30 milyon dollar olan 30 ədəd "MQ-9 Reaper" döyüş dronu məhv edilib.


Səudiyyə Ərəbistanındakı bazada ABŞ-ın 500 milyon dollarlıq strateji "Boeing E-3 Sentry" radar təyyarəsi raketlə tamamilə yandırılıb.


Küveyt, Bəhreyn, İraq və İordaniya daxil olmaqla 8 ölkədəki ABŞ bazaları, həmçinin diplomatik binalar yerlə-yeksan olub...



Məxfi sənədlərin sızmasından qəzəblənən Prezident Donald Tramp isə məlumatı yayan hərbçilərin "vətənə xəyanət" ittihamı ilə həbs olunacağını bildirib.



S.Laçın