AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının V turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
 




Moderator.az xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
 
Həsənov "Araz-Naxçıvan" - "Turan Tovuz" matçındakı mübahisəli epizodda baş hakim Elçin Məsiyevin yanlış qərar verdiyini bildirib.