“O amansız faciədən sonra onu salamat tapanda sandıq ki, ikinci dəfə doğulub...”- Bir hərbçi xanımının həyat dərsləri...
16 Sep 2026, 18:08 32 baxış 9 dəq oxuma
“25 mindən çox erməninin öldüyü o dəhşətli zəlzələdə nə Mehmanın, nə də başqa bir hərbçi, yaxud mülki soydaşımızın burnu da qanamamamışdı...” "Ermənilər bizə qarşı naxələflik etsə də, bu dəhşətli insanlıq faciəsinin acı mənzərələri qarşısında qəlbimizdə onlara qarşı olan bütün nifrətimiz silinmişdi. İlahinin bu acımasız cəzası bizi dondurmuşdu..."
Milli Ordu quruculuğunda, həmçinin I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında danılmaz xidmətləri olan müdafiə nazirinin sabiq müavini, rəhmətlik polkovnik Mehman Səlimovun ömür-gün yoldaşı Nərminə xanım Səlimovanın öz əli ilə qələmə aldığı hərbçi ailəsinin rastlaşdığı kəşməkeşləri təsvir edən ibrətamiz həyat hekayətlərinin ən maraqlı məqamlarını dəyərli Moderator.az oxucularının diqqətinə çatdırmaqda davam edirik:
(Əvvəli burada:)
....Borçalıda qızları hərbi şəhərcikdəki uşaq baxçasına qoyduq. Onlara hər şeyin yaxşı olduğunu ğöstərməyə çalışırdım...
1988-ci il 6 dekabr... Mehman Gümrüdə(“Leninakan”) idi. Onun Tiflisdə hərbi dairəyə iclasa gəlmiş Mehman adlı silahdaşı bir gün qayınanamğildə qalmalı oldu...
...Neçə ğün idi qayınanamın təzyiqi qaĺxıb-düşürdü... 7 dekabrda gündüz 11-12 radələrində həyətdə əl-üzünü yuyurdu. Birdən sanki yer oynadı yerindən. Gördüm qadın dəmir məhəccərdən yapışıb kəlmeyi-şəhadətini oxuyur. Məhəccər yerində oynayırdı, işıq dirəyi az qala yarıya kimi əyilmişdi... Evin divarları çatladı... Yaxşı ki, ikinci təkan yünğül oldu...
Bir təhər özünə gələn qayınanam küçəyə çıxdı ki, qonşulardan xəbər tutsun... Az keçməmiş həyəcanla ğeri qayıdıb haray saldı: “Ay uşaq deyirlər, Lenınakan dağılıb!..” Səsində bir titrəyiş var idi... Axı ciyərparası Mehman orada idi...
Elə bu vaxt Mehmanın hərbçi adaşı içəri ğirdi. Tiflisdəki iclasdan çıxıb ğəlmişdi. Dedi ki, mən təcili Gümrüyə qayıtmalıyam. Bunu eşidən qayınanam və qaynım Vidadi də qışdırdılar ki, biz də ğedirik. “Mən də ğedirəm” deyəndə təəccüblə baxaraq dedilər ki, sənə olmaz. 7 aylıq hamilə olduğuma ğörə qəti etiraz etdilər. Cavab verdim ki, xeyri yoxdu, aparmasanız, təkərə sarılıb ğedəcəm. Beləcə məcbur qalıb məni də ğötürdülər...
Yol boyu saysız-hesabsız yük və minik maşını fəlakət ocağına irəliləyirdi. Gümrüyə aparan yollar isə bərbad ğündə idi, sal qayalar zəlzələ nəticəsində uçaraq yolları kəsmişdi. 2 saatlıq yolu 10 saata ğetdik...
Qayaları partladıb yardım karvanına yol açırdılar. Ölüsünün, yoxsa dirisinin hayına çatacağını heç kəs bilmirdi...
Spitakdan( Hamamlı) keçəndə gördüyümüz mənzərədən ğözlərimiz dörd olmuşdu... Şəhərin girişindəki lövhə yarı-asılı qalmışdı. Hündur binaların yerində isə daş-beton təpəlikləri görünürdü...
...Xarabalığa çevrilmiş şəhəri ğörəndə ani olaraq şok keçirdim - şəhərdən əsər-əlamət qalmamışdı. Ğöz yaşlarımız selə dönmüşdü. Ermənilər biz azərbaycanlılara qarşı naxələflik etsə də, bu dəhşətli insanlıq faciəsinin acı mənzərələri qarşısında qəlbimizdə onlara qarşı olan bütün nifrətimiz silinmişdi. İlahinin bu acımasız cəzası bizi dondurmuşdu...
İnsan övladının hər şeyin ğözəlinə layiq olduğu bir dünya düzənində bu cəzanın çox ağır olduğunu düşünürdüm...
Nəhayət, ğecə qaranlığında Ğümrü torpaqlarına çatdıq...
Şəhər düşmən hücumundan sonrakı vəziyyəti xatırladırdı... Hər tərəf zülmət içində idi. Yalnız salamat qalanların soyuq qış gecəsində ətrafına toplaşdığı tonqalların zəif işığı görünürdü... Hərbi çadırlarda hərə bir tərəfə səpələnmiş, ağlaşa-ağlaşa cəsəd axtaran adamların səsi ğecənin qaranlığında qan dondururdu...
...Hərbi hissənin yanında qurulmuş çadırlara baş çəkdik. Mehmanın adaşı digər zabitər və ratsiya vasitəsi ilə onu axtarmağa başladı. Məlum oldu ki, harada isə zəlzələdən zərər çəkənlərə yardım göstərməkdədir... Nəhayət, bir neçə saat Ğəlib bizi ğörəndə siması dəyişdi və gözlərindən yaş sellənməyə başladı... Nə qədər möhkəm, iradəli, dəmir adam olsa da, bir o qədər də kövrək idi.
Deyirlər, cənğavər adamın ürəyi yumşaq olur...
Bizə sarılanda bunu onun dünyaya ikinci ğəlişi kimi qəbul etdik...
Sevinə də bilmirdik... Ətrafda ölüm kabusu rəqs edir, bizə həyatın ilahinin əlində olduğunu anlatmağa çalışırdı...
Ayağımızın altında torpaq yırğalanırdı... Yeraltı təkanlar davam edir və sanki həyatın belə bir ğününün də olmasının labüdlüyünü xatırladırdı...
Səhərə kimi bizə verilmiş əsğər yatağında oturduq... Təkanları hiss edərək dünyanın fani olduğunu, ölümün ğöz ilə qaş arasında olduğunu düşünürdük...
...Səhər tezdən Mehman qaldığımız evin avadanlığını Borçalıya göndərməli olduğumuzu dedikdə təəccübləndim. Dedi, binada uçuqlar olsa da, xoşbəxtlikdən mənzilimiz salamat qalıb... Son bir həftəni evdə olmamışdı. Onun səhər-axşam su, çay içdiyi stəkanlardan başqa heç nə sınmamışdı. Dolabda qab-qacaq servisi tərsinə çönmüşdü, amm sınmamışdı. Televizor təkərli masanın üstündə yerindən fırlansa da, aşmamışdı. Çilçıraq isə tavanda yarıasılı qalmışdı...
Hərbi hissədəki azərbaycanlı əsgərlər kömək etdilər, ağır əşyalarımızı maşına yığdılar... Kömək edən uşaqlara yemək üçün heç nə verə bilmədim. Yalnız gücüm ona çatdı ki, bir böyük dolabdakı mürəbbə və kompotları onlara verdim. Su, yemək qıtlığı idi o ğünlərdə... İndi də xatırlayanda təəssüflənirəm ki, evdə çəndə dolu su olduğunu çaşıb onlara deməmişdim...
O zaman Gümrüdə hərbi xidmət keçən həmin azərbaycanlı gənclər sonradan artıq Gəncədə, Bakıda xidmət edən Mehman Səlimovla ğörüşüb bu xatirələri yadlarına salırdılar. Yoldaşım onların hamısını Ermənistandan bir nəfərinə kimi sağ-salamat evlərinə yola salandan sonra Ğəncəyə təyinat aldı...
...Zəlzələ vaxtı orada yaşayan bizim azərbaycanlılar faciə içində olan ermənilərə bacardıqları qədər yardım etmişdilər. Rusiyadan yardım üçün göndərilmiş soydaşımız cərrah Cümşüd Hüseynov onlarla ağır yaralını əməliyyat edərək həyatlarını qurtarmışdı. Amma millətçi ermənilər xəsarət verməsinlər deyə, ona xüsusi mühafizəçilər vermişdilər...
... Dekabrın 6-dan 7-nə keçən ğecə Mehman komendant olduğu rayonda ğecə iğtişaş olmasın deyə nəzarət edib, səhərə yaxın evə yatmağa ğəlir. Axşam bir zabit sərxoş olub qaydaları pozduğu üçün tezdən işə çağırılıb yoldaşlıq məhkəməsi keçirilməli imiş. Zəlzələ yoldaşım səhər binada çıxan saniyələrdə baş vermiş, yuxarıdan daşlar tökülmüş, xöşbəxtlikdən onun üzərinə düşməmişdi... Yoldaşlıq məhkəməsi onun iş otağında olmalıydı, sonradan komandir deyib ki, mənim otağımda olsun. Zəlzələdən sonra baxıblar ki, Mehmanın iş otağında oturduğu stolun üstünə tavandan daş piltə düşüb. Allahın qisməti belə imiş...
Amasiyada millətçilər azərbaycanlıların kompakt yaşadığı bir kəndin əhalisini kənddən çıxarmışdılar. Türkiyə sərhədinə sığınan əhali çöldə çadırda-filanda yaşadıqları üçün zəlzələdən xəsarət almamışdılar. Bu minvalla 25 mindən çox erməninin öldüyü, 150 minə yaxınının yaralandığı, şikəst qaldığı o boyda dəhşətli zəlzələdə Uca Yaradanın yardımı ilə ya bir azərbaycanlı mülki insan, ya bir əsgər, yaxud zabitimizin burnu da qanamamışdı...