"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır".
 




Moderator.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib.
 
"Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq", - deyə Ş.Taciroğlu bildirib.
 
Qeyd edək ki, T.Şahmalıoğlu həm də şəkərli diabetdən əziyyət çəkir və bununla bağlı xeyli çəki itirib.