Meyxanaçı Ağamirzə Məmmədov vəsiyyətini açıqlayıb.


Sənətçi bu barədə “MTV”yə açıqlamasında danışıb.






Ağamirzə bildirib ki, dünyasını dəyişdikdən sonra övladlarından onun üçün ağlamamalarını, dua etmələrini istəyib:


“Balalarıma demişəm, dünyamı dəyişəndə ağlayıb başınıza vurmayın. İki rükət namaz qılın, dua edin ki, atamızın günahını bağışlayın. İnsanlara deyirəm, gəlib yasımda 3-4 saat oturmayın. 5-10 dəqiqə oturub gedin. Yasımda yemək verilməsin, vəsiyyət etmişəm. Bir stəkan çay için, “Allah rəhmət eləsin“ deyib gedin. Oturub lətifə danışırlar, söhbət edirlər. Bu mənim vəsiyyətimdir”. (Axşam.az)