Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən məlumata görə, hadisə yerinə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.








Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.


Xəsarət alan olmayıb.