Bakının Xətai rayonunda baş verən yanğının qarşısı alınıb.
 




Fövqəladə Hallar Nazirliyindən Oxu. Az-a verilən məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
19:17
 
Bakının Xətai rayonunda yanğın başlayıb.
 
Moderator.a oxu.az-a istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.