Naxçıvanın Əməkdar jurnalisti, "Şərq qapısı" qəzetinin məsul katibi Məhəbbət Mirzəyeva vəfat edib.
 




Moderator.az report-a istinadən xəbər verir ki, M.Mirzəyeva uzun illər "Şərq qapısı" qəzetində çalışıb.
 
O, səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.