Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunovun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu məlum olub.
Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
O, 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
***
Sumqayıtda dəm qazından boğulan 32 yaşlı kişi sahibkar imiş.
Dəm qazından boğulan Məzahir Mejdunovun Sumqayıt şəhəri, Yaşma bağları massivində fermer təsərrüfatı var imiş.
O, ötən gün fermaya heyvanlara baxmağa gəlib və axşam çobanların yanında qalıb. Səhər saatlarında fermer təsərrüfatının həyətindəki hamamda yuyunan Məzahir dəm qazından boğulub. Onun meyitini çobanlar hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırmalar davam edir. (Oxu.az)