Biləsuvarda rayon mərkəzində yerləşən şadlıq saraylarından birində bıçaqlanma hadisəsi baş verib.
 




Moderator.az-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Eldar Vəliyev kürək nahiyəsindən bıçaq xəsarətləri alıb.
 
O, xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
 
Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.