Bakıda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
 




Moderator.az Oxu.az-a istinadla bildirir ki, hadisə dünən gecə saatlarında Bakının Xətai rayonu ərazisində baş verib.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1975-ci il təvəllüdlü Mehriban Abdullayevanı bıçaqlamaqda şübhəli bilinən oğlu K.Abdullayev müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
Bakıda qadın bıçaqlanıb.
 
Hadisə paytaxtın Xətai rayonunda baş verib.
 
Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Məlumata görə, o, evində oğlu tərəfindən bıçaqlanıb.
 
Faktla bağlı araşdırma aparılır. /oxu.az/