"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Moderator.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.
İlk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels adını tabloya yazdırıb.
Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.
Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək.
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci qol vurulub.
Moderator.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
88-ci dəqiqədə Coy-Lens Mikels adını tabloya yazdırıb.
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci qol vurulub.
Moderator.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
88-ci dəqiqədə Coy-Lens Mikels adını tabloya yazdırıb.
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
Moderator.az məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesabı açıb.
49-cu dəqiqədə Kahim Parris fərqlənib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında Bakıda keçirilən oyunda ikinci hissə başlayıb.
Moderator.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra hesab açılmayıb – 0:0.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
21:34
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə bitib.
Moderator.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçın birinci yarısında qapılara qol vurulmayıb.
Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
20:45
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Sabah" və Çexiyanın "Slaviya Praqa" komandaları arasında oyun başlayıb.
Moderator.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.
Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" " və "Slaviya" (Çexiya) komandalarının start heyətləri açıqlanıb.
Moderator.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
"Slaviya": Yakub Markoviç, David Zima, Anj Nqessan, Tomaş Holeş (k), Daniel Ştrum, Mixal Sadilek, David Mozes, Tomaş Vlçek, Emmanuel Ayaosi, Lukaş Provod, Tomaş Horıy.
Qeyd edək ki, "Sabah" - "Slaviya" matçı bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.