UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində ikinci turun oyunlarına start verilib.
Moderator.az xəbər verir ki, oktyabrın 13-də gecənin diqqətçəkən qarşılaşmalarından birində İspaniyanın “Atletiko” (Madrid) klubu İngiltərənin “Mançester Yunayted” komandasına 2:0 hesabı ilə qalib gəlib.
İngiltərənin “Arsenal” klubu Fransanın “Lill” komandasını 3:0 hesabı ilə məğlub edib. İspaniya təmsilçisi “Barselona” isə İstanbulda “Qalatasaray” üzərində 4:1 hesablı qələbə qazanıb.
“Leypsiq” isə Niderlandın PSV klubunu 1:0 hesabı ilə üstələyib.
“Bayern” Norveçdə “Vikinq”lə 3:3 hesablı heç-heçə edib. “Vilyarreal” isə İtaliyanın “Napoli” klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. “İnter” isə öz evində “Brügge”yə 3-4 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
"Lans" (Fransa) – "Sportinq" (Portuqaliya) – 0:2
"Sabah" (Azərbaycan) – "Slaviya" (Çexiya) – 2:0
"İnter" (İtaliya) – "Brügge" (Belçika) – 3:4
"Arsenal" (İngiltərə) – "Lill" (Fransa) - 3:0
"Atletiko" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) – 2:0
"Leyptsiq" (Almaniya) – PSV (Niderland) – 1:0
"Vilyarreal" (İspaniya) – "Napoli" (İtaliya) – 3:1
"Qalatasaray" (Türkiyə) – "Barselona" (İspaniya) – 1:4
"Vikinq" (Norveç) – "Bavariya" (Almaniya) – 3:3.