“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Slaviya”ya (Çexiya) qarşı keçirdiyi matçda maraqlı statistik göstərici qeydə alınıb.
Moderator.az “Opta”ya istinadla xəbər verir ki, qarşılaşmada qapı çərçivəsinə ilk zərbə 35-ci dəqiqədə vurulub.
Bu, 2003/2004 mövsümündən, yəni turnirdə müvafiq statistikanın aparılmağa başlanmasından bəri ən gec ilk zərbə göstəricisidir.
Qeyd edək ki, “Sabah”ın hücumçusu Kahim Parris 17-ci dəqiqədə fərqlənsə də, onun qolu oyundankənar vəziyyətə görə hesaba alınmayıb.
Bakı Olimpiya Stadionunda baş tutan görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman
“Sabah”ın qələbə qazandığı oyunda Çempionlar Liqasının antirekordu qeydə alındı
Mənbə:
moderator.az