Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsini məğlub edib.
Moderator.az xəbər verir ki, yığma Mali Loşin şəhərində baş tutan görüşdə 4:2 hesablı qələbə qazanıb.
Millinin heyətində Mirmövsüm Canıyev (2), Cavid Rəhimov (16), Fərid Abbasov (18) və Kənan Məsimov (37) fərqləniblər.
Qeyd edək ki, komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniyan ilə heç-heçə (3:3) edib, Çexiyanı isə üstələyib - 4:2.
Milli növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.