İtaliyanın "Venesiya" klubunun baş məşqçisi Covanni Stroppa vəzifəsindən azad edilib.


Moderator.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.






Ayrılığa səbəb komandanın ölkə çempionatında mövsümə uğursuz başlaması olub. "Venesiya" A Seriyasının ilk altı turunda keçirdiyi bütün oyunlarda məğlub olub.


Komanda xalsız sonuncu - 20-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, 58 yaşlı mütəxəssis 2025-ci ilin iyununda "Venesiya"nın baş məşqçisi təyin olunub. Stroppanın rəhbərliyi altında komanda 2025/2026 mövsümündə A Seriyasına yüksəlib.