Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına raket zərbəsi endirdiklərini açıqlayıb.


Moderator.az xəbər verir ki, Kral Xalid adına hava limanına endirilən ballistik raket nəticəsində itkilərin olub-olmaması barədə məlumat verilmir.






Qeyd edək ki, oktyabrın 12-də husilər Ər-Riyad hava limanına ballistik raketlə zərbə endirdikləri barədə məlumat vermişdi.