İşğaldan azad edilmiş ərazilərdə və ölkəboyu enerji infrastrukturunun bərpası davam edir
15 Oct 2026, 14:31 9 baxış 1 dəq oxuma
Bu ilin yanvar-sentyabr aylarında ölkə ərazisində "Azərişıq" ASC tərəfindən 1 100 transformator təmir olunub.
Moderator.az-ın məlumatına görə, bu barədə "Azərişıq" ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov Ağdama təşkil edilən mediatur zamanı işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə hərs olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə hazırda işlər davam etdirilir:
"Belə ki, rayonların mərkəzləri, şəhərləri dağıdılıb. Yeni yarımstansiyaların keçirilməsi, həm sovet dövründəki mərkəzlərin yaradılması üçün, həm də dəstəyin alınması ilə bağlı işlər görülür".