Dağıstan (Rusiya Federasiyası) Xalq Məclisinin (parlamentinin) deputatları bu gün Fyodor Şukinin respublika başçısı vəzifəsinə namizədliyini dəstəkləyiblər.


Moderator.az-ın məlumatına görə, bu barədə "İnterfaks" xəbər verir.






Agentliyin məlumatına görə, parlamentin iclasında iştirak edən 87 deputatdan 78-i Şukinin lehinə səs verib.


Dağıstan Konstitusiyasına əsasən, regionun başçısı Xalq Məclisinin deputatları tərəfindən seçilir.